"Real Madrid" azarkeşlərinin 86%-i Vinisiusun satılmasının tərəfdarıdır
"Marca" nəşrinin apardığı sorğuya görə, "Real Madrid" azarkeşlərinin 86%-i hücumçu Vinisius Juniorun satılmasının ən yaxşı həll olacağına inanır, çünki onun klubdakı mövqeyi geri dönülməz şəkildə zədələnib.
25 yaşlı futbolçu ətrafında qalmaqal İspaniya La Liqasının 17-ci turunun oyununda, "Real Madrid"in "Sevilya" üzərində 2:0 hesablı qələbəsi zamanı alovlanıb. Braziliyalı hücumçunun hərəkətləri axşamı kölgədə qoyub. Oyunun sonunda əvəzlənməsindən sonra fitə basılan braziliyalı sosial şəbəkələrdəki profil şəklini Braziliya millisinin formasında olan bir şəkillə dəyişib ki, bu da vəziyyəti daha da gərginləşdirib.
Bu mövsümdə Vinisius klub üçün bütün turnirlərdə 24 matç keçirib, bu matçlarda beş qol vurub və səkkiz məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Almaz Həsənli





































































.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)


















