İspaniya və Argentina milliləri arasında keçiriləcək Finalissima 2026-cı il martın 27-də Qətərda baş tutacaq
2024-cü il Avropa çempionu İspaniya millisi ilə 2024-cü il Amerika Kubokunun qalibi Argentina komandası arasında keçiriləcək oyun 2026-cı il martın 27-də Qətərdə baş tutacaq. Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında məlumat verilir.
Finalissima 2022-ci il dünya çempionatının oyunlarına ev sahibliyi etmiş "Lusail" stadionunda keçiriləcək.
"Finalissima iki qitə çempionunu futbol dünyasının ən nüfuzlu tədbirlərindən birində bir araya gətirir, bu idmanın əsl qlobal əhatəsini və konfederasiyalar arasındakı möhkəm əlaqələri vurğulayır. Unudulmaz bir axşamı səbirsizliklə gözləyirik," - deyə UEFA prezidenti Aleksander Çeferin bildirib.
"Finalissima sadəcə bir yarışdan daha çoxdur; bu, konfederasiyalar arasındakı əməkdaşlığın və hörmətin simvoludur, həm də azarkeşlər üçün əsl tarixi hadisədən həzz almaq imkanıdır," - deyə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) rəhbəri Alexandro Dominqes əlavə edib.
Argentina millisi hazırkı kubokun sahibidir. 2022-ci ildə Lionel Skaloninin komandası İtaliya millisini darmadağın etmişdi (3:0).
Almaz Həsənli




























.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)
















































.jpg)


.jpg)








