Məhəmməd Salah karyerasını mütləq Səudiyyə Ərəbistanında davam etdirəcək

Məhəmməd Salah karyerasını mütləq Səudiyyə Ərəbistanında davam etdirəcək

10:35
Bəyəndim (2) Bəyənmədim (0)

"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını mütləq Səudiyyə Ərəbistanında davam etdirəcək və çox yaxın gələcəkdə Britaniya mətbuatı buna əmindir.

Səudiyyə Ərəbistanı liqasındakı yüksək vəzifəli mənbə The Telegraph-a bildirib ki, hazırda Salahın Ərəbistan yarımadasına keçidi ilə bağlı "şübhə yoxdur", "Əl-Hilal" və "Əl-İttihad" isə misirli ulduz üçün iki əsas namizəd kimi qeyd olunub. Lakin mənbə yanvar ayının əvvəlində razılaşmanın mümkün olub-olmadığından əmin deyil. 33 yaşlı futbolçunun mövsümün sonunda ayrılması daha çox ehtimal olunur.

Hər halda, mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı liqasının rəhbərləri qış pəncərəsi zamanı transfer imkanlarını araşdıracaqlar. Yaxın günlərdə Salahın Liverpuldan ayrılmaq niyyətinin ciddiliyi araşdırılacaq.

Maraqlıdır ki, Salah "Liverpul"la yalnız aprel ayında 2027-ci ilə qədər uzadılan yeni müqavilə imzalayıb və bonuslarla birlikdə həftəlik maaşı 600.000 avroya çata bilər.

Əziz MUSTAFA