TƏBRİK EDİRİK – ÇEMPİON!

TƏBRİK EDİRİK – ÇEMPİON!

15:05
Bəyəndim (3) Bəyənmədim (0)

Cüdo idman növü üzrə Respublika çempionu olmuş Hacıyev Rza Babək oğlu 18 dekabr 2011-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. Bütün varlığı ilə idmana bağlı olan yeniyetmə cüdoçumuz ötən günlərdə əzmkarlığı və yüksək idman peşəkarlığı səviyyəsində daha böyük uğura imza ataraq Azərbaycan Bayrağını dünya idman arenasında ən yüksək zirvədə dalğalandırmışdır.

Belə ki, bu ilin dekabr ayında qardaş Türkiyə Respublikasında 14-15 yaş dərəcəsində 60 kiloqram çəkidə 33 ölkə arasında keçirilən 5-ci Alpaqut Döyüş Sənəti üzrə 1-ci yeri tutaraq Dünya çempionu adını qazanmışdır.

Biz də Hacıyev Rza Babək oğlunu bu qələbə münasibətilə təbrik edir, idman arenalarında daim uğurlar arzulayırıq!

İsa Rəvan