FİFA 2026-cı il Dünya Çempionatının püşkatmasında Donald Trampa mükafat təqdim edəcək

FİFA 2026-cı il Dünya Çempionatının püşkatmasında Donald Trampa mükafat təqdim edəcək

13:34
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Çempionatının püşkatmasında iştirak edəcək.
Bu barədə Oxuməni.az “Politico” nəşrinə istinadla xəbər verir.
Mərasim Vaşinqtonda keçiriləcək və FİFA prezidenti Canni İnfantino Trampı FİFA Sülh Mükafatı laureatı kimi təqdim edəcək.
Püşkatma zamanı dörd komandadan ibarət on iki qrup yaradılacaq. Tədbir “Village People” qrupunun ABŞ prezidentinin ictimai çıxışlarında tez-tez istifadə olunan "YMCA" mahnısını ifa etməsi ilə başa çatacaq.
2026-cı il Dünya Çempionatı üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə qırx səkkiz milli komanda iştirak edəcək. Turnir 11 iyunda başlayır və final matçı 19 iyul 2027-ci ildə keçiriləcək.
Almaz Həsənli