Azərbaycanlı alpinist qadın Antarktidada 4892 metrlik zirvəni fəth edib
Azərbaycanlı alpinist qadın Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsi olan Vinson Massivinə dırmanıb.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Vinson Massivinin hündürlüyü 4892 metrdir. Antarktida Yer kürəsinin ən soyuq qitəsi olduğundan, dırmanma ekstremal şəraitdə həyata keçirilib.
Elmira Aslanova əvvəllər Yer kürəsinin ən hündür dağı olan Everesti fəth edən ilk Azərbaycanlı qadın olub.
Vinson Massivi bütün qitələrdəki ən yüksək zirvələri əhatə edən "Dünyanın 7 Zirvəsi" alpinizm layihəsinin bir hissəsidir. Buraya həmçinin Everest (8848 m, Asiya, Yer kürəsinin ən yüksək zirvəsi), Akonkaqua (6962 m, Cənubi Amerika), Denali (6194 m, Şimali Amerika), Kilimanjaro (5895 m, Afrika), Elbrus (5642 m, Avropa), Karstens Piramidası (4884 m, Avstraliya və Okeaniya), Kostyuşko zirvəsi (2228 m, Avstraliya) daxildir.
Almaz Həsənli


























.jpg)





























































