SSRİ milli komandasının keçmiş futbolçusu Vladimir Muntyan vəfat edib
Kiyev "Dinamo"sunun mətbuat xidməti SSRİ milli komandasının keçmiş yarımmüdafiəçisi Vladimir Muntyan dekabrın 1-də 80 yaşında vəfat etdiyini açıqlayıb.
Muntyan, demək olar ki, bütün karyerasını Kiyev klubunda keçirib və bu klubla birlikdə yeddi SSRİ çempionluğu və iki SSRİ Kubokunu, eləcə də Kubok Qalibləri Kubokunu və UEFA Super Kubokunu (1975) qazanıb.
1969-cu ildə Muntyan SSRİ-nin ən yaxşı futbolçusu seçilib.
Muntyan 1968-ci ildən 1976-cı ilə qədər SSRİ milli komandasında 49 oyun keçirib və yeddi qol vurub.
O, komandanı 1972-ci il Avropa Çempionatında gümüş medala aparıb.
Oyunçuluq karyerasını bitirdikdən sonra Muntyan bir neçə Ukrayna klubunu, Qvineya millisini və Ukrayna gənclər komandasını məşq edib. Rusiya çempionatında o, Vladikavkazın "Alaniya” komandasında çalışıb.
Almaz Həsənli









































.jpg)
.jpg)
.jpg)







































.jpg)




