Lionel Messi karyerasında 47-ci kubokunu qazanaraq, yeni dünya rekordu müəyyən edib
"İnter" Mayaminin hücumçusu Lionel Messi karyerasında 47-ci kubokunu qazanaraq, bir futbolçunun qazandığı ən çox titul üzrə yeni dünya rekordunu qırdı. Messi "İnter" Mayami komandasının MLS Kubokunun yarımfinalında Nyu-York Siti FK üzərində 5-1 hesablı qələbəsində bir məhsuldar ötürmə etdi.
Futbolçu "Barselona" ilə 35 kubok, Argentina milli komandası ilə altı, PSJ və "İnter" Mayami ilə isə hərəyə üç kubok qazanıb.
38 yaşlı Messi 1136 rəsmi matçda 896 qol vurub və 405 məhsuldar ötürmə edib. Onun "Barselona"da 941, "Paris Saint-Germain"də 66,"İnter" Mayamidə 117 və Argentina milli komandasında 176 məhsuldar ötürmə var. Son on matçında 25 məhsuldar ötürmə edib (12 qol və 13 məhsuldar ötürmə).
Messi "Barselona"nın gənclər sisteminin məhsuludur. O, 2003-cü ildən 2021-ci ilə qədər böyüklər komandasında oynayıb. Bu müddət ərzində o, 835 oyun keçirib və 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasını, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu, iki dəfə "Kopa Amerika"nı və səkkiz dəfə "Qızıl top"u qazanıb.
Lionel Messi əvvəllər məhsuldar ötürmələr üzrə dünya rekordunu qırmışdı.
Əziz MUSTAFA


























.jpg)
.jpg)
.jpg)







































.jpg)
.jpg)
.jpg)


















