Xabi Alonso: "Real" Madriddən ayrılmaqla bağlı şayiələr məni narahat etmir"

Xabi Alonso: "Real" Madriddən ayrılmaqla bağlı şayiələr məni narahat etmir"

14:11
Bəyəndim (1) Bəyənmədim (0)

"Real" Madridin baş məşqçisi Xabi Alonso yaxın zamanda istefa verəcəyi ilə bağlı şayiələrdən narahat olmadığını bildirib.

Daha əvvəl "Indykaila News" Alonsonun İspaniya klubundan ayrıla və baş məşqçisi Arne Slotun yanvar ayında istefaya göndərilə biləcəyi "Liverpul"un rəhbərliyinə keçə biləcəyini bildirmişdi. Alonsonun mümkün gedişinin səbəblərindən biri Madrid komandasının ulduz qanad oyunçusu Vinisiusla münaqişəsi ola bilər. The Athletic-in məlumatına görə, braziliyalı Alonsoya hörmətsizlik edib və 44 yaşlı ispaniyalı rəhbərlikdə qaldığı müddətcə müqaviləsini yeniləmək istəmir.

"Klub rəhbərliyinin dəstək açıqlamalarına ehtiyacım yoxdur. Rəhbərliklə hər gün əlaqə saxlayıram və bu, kifayətdir. İstefa şayiələri məni narahat etmir. Məni yalnız məşqlərdə və oyunlarda baş verənlər narahat edir. Başqa hər şey məni maraqlandırmır. Hazırda komandada heç kim mövcud vəziyyətdən razı deyil, amma əminəm ki, irəliləyiş əldə edəcəyik", - deyə Madrid Universal Alonsonun sözlərini sitat gətirir.
"Real" Madrid İspaniya liqasında 13 oyundan sonra 32 xalla liderlik edir. Çempionlar Liqasında "Los Blancos" dörd oyundan doqquz xalla ümumilikdə doqquzuncu yerdədir. Bununla belə, "Real Madrid" son iki La Liqa matçında iki dəfə heç-heçə edib və Çempionlar Liqasında "Liverpul"a 1-0 hesabı ilə uduzub.
Əziz MUSTAFA