UEFA Çempionlar Liqası: "Napoli" - "Qarabağ"

UEFA Çempionlar Liqası: "Napoli" - "Qarabağ"

10:27
Bəyəndim (2) Bəyənmədim (0)


Bu gün "Qarabağ" futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin 5-ci tur matçını keçirəcək.
Oxuməni.az xəbər verir ki, Ağdam klubu səfərdə İtaliyanın "Napoli" klubu ilə qarşılaşacaq.
Görüş Neapolda, "Dieqo Armando Maradona" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
Matçın baş hakimi tanınmış Polşa təmsilçisi, FİFA referisi Şimon Marçinyak təyin olunub.
Daha əvvəl "Qarabağ" ÇL-nin əsas mərhələsində Portuqaliyanın "Benfika"sı (3:2), Danimarkanın "Kopenhagen"i (2:0), İspaniyanın "Atletik"i (1:3) və İngiltərənin "Çelsi"si (2:2) ilə qarşılaşıb. Hazırda Ağdam təmsilçisi 7 xalla ümumi cədvəldə 15-ci yerdədir. Dörd xalı olan "Napoli" isə turnir cədvəlində 24-cü pillədə qərarlaşıb ki, bu da turnirin pley-off mərhələsində iştirak etmək hüququ verən sonuncu yerdir.
"Qarabağ" turnir çərçivəsində növbəti oyununu 10 dekabrda öz meydanında "Ayaks" ilə keçirəcək.
Almaz Həsənli