Dünya Çempionatı: Azərbaycanın  qadınlardan ibarət şahmat komandası ikinci yeri tutub

Dünya Çempionatı: Azərbaycanın  qadınlardan ibarət şahmat komandası ikinci yeri tutub

11:06
Bəyəndim (2) Bəyənmədim (0)



İspaniyanın Linares şəhərində 2025-ci il qadınlar arasında şahmat üzrə komanda dünya çempionatı başa çatıb.
Final görüşlərində Azərbaycan komandası (Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva) Rusiyanın neytral bayraq altında təmsil etdiyi FİDE komandası ilə qarşılaşdı.
Oxuməni.az-ın məlumatına görə, yarışdan sonra FİDE komandası dünya çempionu titulunu qazandı. Azərbaycan tarixi gümüş medal qazandı, Çin isə fəxri kürsüdə üçüncü yerə yüksəldi.
Finalda FİDE komandası Azərbaycanı ümumi hesabla 5,5-2,5 hesabı ilə məğlub edib.
Bürünc medal uğrunda görüşdə Çin iki bərabər oyundan sonra Qazaxıstanı 5-3 hesabı ilə məğlub etdi və ümumi görüş 2,5-1,5 hesabı ilə Çin yığmasının qələbəsi ilə başa çatıb.
Qeyd etmək lazımdır ki, kişi və qadın şahmat komandalarımız Dünya Çempionatında heç vaxt medal qazanmayıblar. Bu, tarixi nəticədir.
Daha əvvəl "milli" öz qrupunda Peru (3:1), Qazaxıstan (1.5:2.5), ABŞ (0.5:3.5), FİDE (1:3) və İspaniya (3.5:0.5) ilə oynayıb. Onlar dörddəbir finalda Gürcüstanı (2:2, 2.5:1.5), yarımfinalda isə Qazaxıstanı (2:2, 2:2, 3:1) məğlub ediblər.
Dünya Komanda Çempionatı hər iki ildən bir keçirilir.
Almaz Həsənli