Kürasao dünya çempionatına vəsiqə qazanan ən az əhalisi olan ölkə oldu
Kürasao millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və turnirə qatılan ən kiçik ölkə olub.
Dik Advokatın rəhbərlik etdiyi komanda, Şimali Amerika qrup mərhələsinin son turunda Yamayka ilə (0:0) heç-heçə oynayıb. 12 xal toplayan Kürasao millisi B qrupunda birinci yeri tutaraq birbaşa 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
Kürasao dünya çempionatına vəsiqə qazanan ölkələr arasında ən az əhalisi olan ölkə olub. “Worldometer” reytinqinə görə, dövlətin əhalisinin sayı 185 487 nəfərdir və bu göstəriciyə görə ölkə dünyada 189-cu yerdədir.
Daha əvvəl əhalisinin sayına görə ən kiçik ölkə 2018-ci il dünya çempionatında iştirak etmiş İslandiya (398 266 nəfər) idi.
Almaz Həsənli
Digər xəbərlər

























.jpg)
.jpg)
.jpg)




























































