Futbol üzrə 2026-cı il Dünya Çempionatı pley-off mərhələsində iştirak edəcək bütün Avropa komandalarının adları məlum olub
2026-cı il Dünya Çempionatında yarışmaq hüququ uğrunda pley-off mərhələsində iştirak edəcək bütün Avropa komandalarının adları məlum olub.
Seçmə qrup mərhələsində ikinci yeri tutan 12 komanda, eləcə də Avropa seçmə qruplarında ikinci yerdən aşağı yeri tutan Millətlər Liqasının dörd qrup qalibi mübarizə aparacaq. Komandalar dörd səbətə bölünüb:
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə və Ukrayna.
2-ci səbət: Polşa, Uels, Çexiya və Slovakiya.
3-cü səbət: İrlandiya, Albaniya, Kosovo, Bosniya və Herseqovina.
4-cü səbət: Rumıniya, İsveç, Şimali Makedoniya və Şimali İrlandiya.
Pley-off püşkatması cümə axşamı keçiriləcək. 1-ci səbətdəki komandalar 4-cü səbətdəki komandalarla, 2-ci səbət isə 3-cü səbətdəki komandalarla qarşılaşacaq.
18 noyabrda ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Çempionatının misli görünməmiş bir uğur qazanmasını təmin etmək üçün göstərişini açıqladı.
2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 komanda iştirak edəcək və 16 ev sahibi şəhərdəki stadionlarda 104 oyun keçirəcək.
Əziz MUSTAFA
























.jpg)
.jpg)
.jpg)




























































