Dünyanın bir nömrəli raketkası Devis Kubokunda iştirak edə bilməyəcək

Dünyanın bir nömrəli raketkası Devis Kubokunda iştirak edə bilməyəcək

12:11
Bəyəndim (3) Bəyənmədim (0)

Dünyanın bir nömrəli raketkası Karlos Alkaras Devis Kubokunun "Səkkizliyin Finalı"nda iştirak etməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə “COPE” məlumat yayıb.

İspaniyalı tennisçidə əzələ ödemi diaqnozu qoyulub ki, bu da daha ciddi zədə ola bilər - əzələ yırtılması ehtimalı istisna olunmur.

Oktyabr ayında dünyanın 2 nömrəli raketkası, italyan Yanik Sinner bildirmişdi ki, uzun və gərgin mövsümə görə 2025-ci il Devis Kubokunun final mərhələsində İtaliya yığması üçün çıxış etməyəcək.

Devis Kubokunun "Səkkizliyin Finalı" 18-23 noyabr tarixlərində Bolonyada keçiriləcək. İtaliya yığması mübarizəyə Avstriya komandasına qarşı keçiriləcək dörddə bir final matçı ilə başlayacaq. Devis Kubokunun hazırkı qalibi İtaliya yığmasıdır ki, son iki turnirin qalibi olub.

Almaz Həsənli