Mbappe Azərbaycanla Bakıda keçiriləcək oyunu buraxacaq
Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Azərbaycan millisinə qarşı keçiriləcək 6-cı turun oyununu buraxacaq. Bu barədə jurnalist Abdellah Bulma X sosial şəbəkəsində məlumat verib.
"Kilian Mbappe Fransa millisindən ayrılıb və Azərbaycana səfər etməyəcək. Futbolçu hələ də sağ topuq nahiyəsində iltihabdan əziyyət çəkir və onun bu axşam Madriddə müayinədən keçməsi planlaşdırılır", - Bulma yazıb.
Noyabrın 14-də Fransa Ukraynanı 4:0 hesabı ilə məğlub edib. Kilian Mbappe iki dəfə fərqlənib. Komanda ABŞ və Meksikada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.
Almaz Həsənli
Digər xəbərlər












































.jpg)
.jpg)
.jpg)






































