"Qarabağ"ın növbəti rəqibi "Napoli"də baş məşqçi böhranı yaşanır

"Qarabağ"ın növbəti rəqibi "Napoli"də baş məşqçi böhranı yaşanır

10:12
Bəyəndim (3) Bəyənmədim (0)

"Napoli" baş məşqçisi Antonio Konte fasilə vermək qərarına gəlib və həftənin sonuna qədər klubdan ayrılıb. Bu qərar rəhbərliklə razılaşdırılıb. Konte 17 noyabra qədər komanda məşqlərinə qatılmayacaq. "Napoli" mətbuat xidmətinin məlumatına görə, oyunçular Kontenin köməkçisi Kristian Stellininin rəhbərliyi altında məşq edəcəklər.

Daha əvvəl bildirilmişdi ki, "Napoli" Konteni istefaya göndərmək niyyətində deyil və qış transfer pəncərəsi zamanı ona gücləndirmə üçün 50 milyon avro ayırmağa hazırdır. 11 oyundan sonra "Napoli"Seriya A turnir cədvəlində 22 xalla dördüncü yerdədir və lider "İnter"dən iki xal geri qalır.

Xatırladaq ki, Çempionlar Liqası oyunları çərçivəsində "Napoli" noyabrın 25-də öz meydançasında "Qarabağ"ı qəbul edəcək. Oyun Azərbaycan vaxtı ilə gecəyarısı- saat 24.00-da başlayacaq.

Əziz MUSTAFA