Flik mövsümün sonunda yorğunluq səbəbindən "Barselona"dan ayrıla bilər
"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik mövsümün sonunda Kataloniya klubundan ayrıla bilər. Bu barədə ABC məlumat yayıb.
Alman məşqçi həddindən çox yorğunluq səbəbindən "Barselona"dan yayda ayrılmaq niyyətində olduğunu məşqçilər heyətinə bildirib. Flik bəzi oyunçuların münasibətindən məyus olub və rəhbərliyin dəstəyinin olmamasından təəssüflənir.
"Barselona" La Liqanın turnir cədvəlində 25 xalla ikinci yerdədir və "Real Madrid"dən beş xal geridədir.
60 yaşlı Flik 2024-cü ildən "Barselona"ya rəhbərlik edir. Ötən mövsüm o, komandaya çempionluq, kubok və İspaniya Superkubokunda qələbələr qazandırıb.
Əziz MUSTAFA
Digər xəbərlər
































-1.jpg)
-1.jpg)
-1.jpg)

















































