"Arsenal"ın yarımmüdafiəçisi Maks Doumen Çempionlar Liqası tarixində ən gənc debütant olub

"Arsenal"ın yarımmüdafiəçisi Maks Doumen Çempionlar Liqası tarixində ən gənc debütant olub

12:00
Bəyəndim (5) Bəyənmədim (0)



"Arsenal"ın yarımmüdafiəçisi Maks Doumen Çempionlar Liqası matçında oynayan ən gənc oyunçu olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb

Çempionlar Liqasında debütünü 15 yaş 308 günlüyündə "Slaviya Praqa"ya qarşı edib. İngilis futbolçu 2020-ci ilin dekabr ayında 16 yaş 18 günlüyündə "Zenit"ə qarşı qrup mərhələsi matçında meydana çıxan "Borussiya Dortmund"un keçmiş hücumçusu Yussuf Mukokonun rekordunu keçib.

Bu, Doumenin "Arsenal"ın əsas komandasında beşinci oyunudur və yarımmüdafiəçinin bir məhsuldar ötürməsi var.

Əziz MUSTAFA