Ronaldo özünü  Messidən daha yaxşı oyunçu hesab edir

Ronaldo özünü Messidən daha yaxşı oyunçu hesab edir

10:10
Bəyəndim (2) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Piers Morgan-a verdiyi müsahibədə argentinalı hücumçu Lionel Messinin ondan daha yaxşı olması fikri ilə razılaşmadığını bildirib.

"Messinin məndən daha yaxşı olması fikri ilə razı deyiləm. Təvazökar olmaq istəmirəm", - deyə hücumçu bildirib.

Ronaldo beşqat "Qızıl top" mükafatı sahibi, beşqat Çempionlar Liqasının qalibi və Portuqaliya ilə Avropa çempionudur. Ronaldo milli komandada vurulan qolların sayına görə dünya rekorduna sahibdir: hazırda Portuqaliya milli komandasında 143 qol, futbol karyerasında 950 qol vurub.

Messi "Barselona"nın gənclik sisteminin məhsuludur. O, 2003-cü ildən 2021-ci ilə qədər əsas komandada oynayıb. Bu müddət ərzində 835 oyun keçirib və karyerası dövründə 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasını, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu və iki dəfə Kopa Amerikanı qazanıb. O, həmçinin "Paris Saint-Germain"də də oynayıb.

Əziz Mustafa