Portuqaliyanın gənclərdən ibarət milli komandası Kriştiano Ronaldonun oğlunun debüt matçında qalib oldu

Portuqaliyanın gənclərdən ibarət milli komandası Kriştiano Ronaldonun oğlunun debüt matçında qalib oldu

31 Oktyabr 11:25
Bəyəndim (3) Bəyənmədim (0)


Portuqaliyanın gənclərdən ibarət milli komandası (16 yaşadək oyunçular) Antalyada keçirilən Fed Kuboku beynəlxalq turnirinə qələbə ilə başladı.
Cümə axşamı günü Portuqaliya milli komandası Türkiyəni 2-0 hesabı ilə məğlub etdi.
Beşqat "Qızıl top" mükafatı sahibi Kriştiano Ronaldonun oğlu bu matçda Portuqaliya millisində debüt etdi.
Kriştiano Ronaldo kiçik (Kriştianinyo) ikinci hissənin sonlarında əvəzedici heyətdə meydana çıxdı və bir neçə dəqiqə oynadı.
Almaz Həsənli