Messi Səudiyyə Ərəbistanı klubuna keçməyə çalışarkən rədd cavabı aldı

Messi Səudiyyə Ərəbistanı klubuna keçməyə çalışarkən rədd cavabı aldı

31 Oktyabr 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Lionel Messi 2026-cı il Dünya Kubokuna hazırlaşmaq üçün MLS-dəki dörd aylıq fasilə zamanı Səudiyyə Ərəbistanı klubuna qısamüddətli transfer etməyi düşünüb.

"O, Amerika liqasında dörd aylıq fasilə zamanı Dünya Kubokuna hazırlaşmaq üçün Səudiyyə Ərəbistanında oynamaq istəyirdi. Mən təklifi nazirə təqdim etdim, amma o, Messinin cəmi dörd aylıq gəlməsinə icazə verməkdən imtina etdi", - deyə Ər-Riyadda yerləşən istedad inkişaf akademiyasının baş meneceri Abdullah Hammad izah etdi.

Onun sözlərinə görə, nazir prinsipial mövqe tutaraq Səudiyyə Ərəbistanı liqasının xarici oyunçular üçün təlim-məşq düşərgəsi olmayacağını bəyan edib.

2026-cı il FIFA Dünya Kuboku, final turniri 2026-cı ilin iyun və iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək 23-cü FIFA Dünya Kubokudur. Finalın 19 iyula keçirilməsi planlaşdırılır. Argentina hazırkı dünya çempionudur.

Messi "Barselona"nın gənclər sisteminin məhsuludur. O, 2003-cü ildən 2021-ci ilə qədər böyüklər komandasında oynayıb. Bu müddət ərzində o, 835 oyun keçirib və 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasını, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu, iki dəfə Amerika Kubokunu və səkkiz dəfə "Qızıl Top"u qazanıb.

Əziz Mustafa