"Arsenal" İngiltərə futbolu tarixinin yeni rekordunu müəyyən etdi
Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun dördüncü raundunda öz meydanında "Brighton & Hove Albion"u 2:0 hesabı ilə məğlub edərək, İngiltərə futbolu tarixində yeni rekord müəyyən edib.
“Opta Sport” statistika portalının məlumatına görə, "Arsenal" İngiltərənin ən yüksək divizionu tarixində bir ay ərzində keçirdiyi altı oyunun hamısında qapısından top buraxmadan qalib gələn ilk komanda olub.
"Topçular" əvvəllər Premyer Liqada "Kristal Palas"ı (1-0), "Fulhem"i (1-0) və "Vest Hem"i (2-0) məğlub etmişdilər. Çempionlar Liqasında onlar "Atletiko Madrid"i (4-0) və "Olimpiakos"u (2-0), həmçinin Liqa Kubokunda "Brayton"u (2-0) məğlub etmişdilər.
Almaz Həsənli
Digər xəbərlər

























































































