Səudiyyə Ərəbistanı 350 metr hündürlükdə asma stadion tikməyi planlaşdırır
Səudiyyə Ərəbistanı dünyanın ilk "səma stadionu"nu tikməyə hazırlaşır. Bu barədə Paris Match məlumat verib.
Arena yerdən 350 metr yüksəklikdə yerləşəcək və 2034-cü il Dünya Kubokunun oyunlarını qəbul edə biləcək. Stadionun 46.000 tamaşaçı tutumu olacaq və tikintisinin 2032-ci ildə başa çatdırılması planlaşdırılır.
Əvvəllər Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) 2034-cü il Dünya Kubokunu 2034-cü ilin noyabr və dekabr aylarında keçiriləcək müqəddəs Ramazan ayı səbəbindən 2035-ci ilin yanvar ayına təxirə sala biləcəyi barədə məlumatlar yayılmışdı.
2034-cü il Dünya Kuboku yayda keçirilə bilməz, çünki Səudiyyə Ərəbistanında ilin həmin vaxtında temperatur 50 dərəcə Selsiyə çatır.
Əziz MUSTAFA
Digər xəbərlər


























































































