Yannik Sinner karyera ərzində 50 milyon dollardan çox mükafat pulunu keçdi
Dördqat “Böyük Dəbilqə” çempionu və dünya 2-cisi, italyan tennisçi Yannik Sinner Avstriyanın Vyana şəhərində keçirilən ATP-500 turnirində qalib gəldikdən sonra karyerasında 50 milyon dollar mükafat pulu həddini keçdi. O, finalda Aleksandr Zverevi 3-6, 6-3, 7-5 hesabları ilə məğlub etdi. Bu barədə Oxuməni.az “Cempionat.com”a istinadla xəbər verir.
Tennis tarixində yalnız yeddi oyunçu ATP və WTA-da 50 milyon dollardan çox qazanıb. Sinnerlə yanaşı, Novak Cokoviç, Rafael Nadal, Rocer Federer, Serena Uilyams, Endi Murrey, Aleksandr Zverev və Karlos Alkaras da bu nailiyyətə imza atıblar.
Vyana titulu Yannik Sinnerin karyerasında 22-ci ATP titulu idi; onun 2025-ci ildə dördüncü tituludu. O, qələbə üçün 500 reytinq xalı qazanacaq. 2025-ci ildə Sinner iki “Böyük Dəbilqə” turnirində - “Australian Open” və Uimbldonda, eləcə də Çinin Pekində keçirilən “500 nəfərlik” titulda qalib gəlib. O, həmçinin daha dörd finala yüksəlib və hamısında ispaniyalı Karlos Alkarasa məğlub olub.
Almaz Həsənli




















































































