Norris Meksika "Formula-1" Qran-Prisini qazandı və şəxsi turnir cədvəlində birinci yerə yüksəldi
Britaniyalı “Maklaren” pilotu Lando Norris “Formula 1” Meksika Qran Prisini qazandı.
Norris yarışa poul –pozisiya mövqeyindən başladı. “Ferrari”-dən monakolu Çarlz Lekler ikinci, “Red Bull”-dan hollandiyalı pilot Maks Ferstappen isə ilk üçlüyü tamamladı.
Meksika raunduna qədər çempionatda liderlik edən “Maklaren” -dən avstraliyalı Oskar Piastri beşinci yeri tutdu.
Norris pilotların sıralamasında 357 xal toplayaraq sürücülərin sıralamasını ələ keçirdi. Oskar Piastri ondan bir xal geridədir. Maks Ferstappen 321 xalla ilk üçlüyü tamamladı.
FORMULA 1. 20-ci ETAP. MEKSİKA QRAN PRİ YARIŞI. TOP 10
1. Lando Norris (McLaren) — 71 dövrə
2. Çarlz Lekler (Ferrari) +30.324
3. Maks Ferstappen (Red Bull) +31.049
4. Oliver Berman (Haas) +40,955
5. Oskar Piastri (McLaren) +42.065
6. Andrea Kimi Antonelli (Mercedes) +47.837
7. Corc Rassel (Mercedes) +50.287
8. Lyuis Həmilton (Ferrari) +56,466
9. Esteban Okon (Haas) +1.15.464
10. Qabriel Bortoleto (Sauber) +1.16.863
Almaz Həsənli




















































































