"Real" Madrid El Klassikoda "Barselona"ya qalib gələrək liderliyini daha da möhkəmləndirdi
"Real" Madrid La Liqada liderliyini möhkəmləndirdi və psixoloji üstünlük qazandı: onlar titul uğrunda əsas rəqibi "Barselona"nı Santyaqo Bernabeuda məğlub etdilər.
Keçən ilki matçla paralellər göz qabağında idi. Birincisi, onlar eyni gündə baş tutdu. İkincisi, əgər
"Real" Madridin məğlubiyyəti ilə başa çatan əvvəlki matç Karlo Ançelotti dövrünün sonunu göstərirdisə, budəfəki nəticə, şübhəsiz ki, kral Klubunun hazırkı məşqçisi Xabi Alonsonu dəstəkləyənləri sevindirəcək.
Əlbəttə ki, nəticə vacibdir. Amma həm də katalonların hücuma keçməsinə imkan verməyən "Real" Madridin oyununda. Bununla belə, obyektiv bir izahat var: "Barselona" zədə səbəbindən çoxlu sayda əsas oyunçusunu itirdi. "Real"da belə bir heyət problemi yox idi və Mbappe qol vurmağa davam edərək ilk hissənin ortalarında hesabı açdı. Yeri gəlmişkən, komandaların Santyaqo Bernebeudakı son görüşünü xatırlamaq yerinə düşərdi. O zaman fransız oyunçunun səkkiz dəfə ofsaydda yaxalanması kimi inanılmaz rekordu hamını heyrətləndirmişdi. Lakin bu dəfə Mbappe özünü ovsaytdan sığortalaya bildi idi və sərrast zərbə ilə hesabı açdı.
On beş dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirdi. Güler öz cərimə meydançasının yaxınlığında topu itirdi və Reşford Fermin Lopezi zərbə üçün əlverişli mövqeyə çıxardı. Sonuncu isə sərrast zərbə ilə hesabı bərabərləşdirdi. Lakin tarazlıq uzun sürmədi və 42-ci dəqiqədə katalonların cərimə meydançasında sürətlə irəliləyən Jude Bellinqem topu "Barsa"nın qapısına göndərərək hesabı 2-1 etdi.
Fasilədən sonra Barselona" oyunu həmişəki kimi dəyişməyə və məğlubiyyətdən qaçmağa çalışdı. Lakin onlar üçüncü dəfə qol buraxmağa yaxın oldular. 52-ci dəqiqədə Mbappe rəqibin qapısına təyin edilən penaltini qola çevirə bilmədi.
Buna baxmayaraq, "Real Madrid"in qələbə qazanması üçün iki qol kifayət etdi və "Barselona" paytaxtı o qədər də xoş olmayan əhval-ruhiyyədə tərk etməyə məcbur oldular..
İspaniya Çempionatı
Real Madrid - "Barselona" 2:1 (2:1)
Qollar: Mbappé, 22 (1:0); Fermin Lopez, 38 (1:1); Bellinqhem, 43 (2:1)
Əziz MUSTAFA




















































































