Konor Makqreqor İslam Maxaçevi sərt şəkildə alçaltdı: "Yarımçəkidə asan ov"

Konor Makqreqor İslam Maxaçevi sərt şəkildə alçaltdı: "Yarımçəkidə asan ov"

24 Oktyabr 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

İrlandiyalı UFC ulduzu Konor Makqreqor rusiyalı İslam Maxaçevə qarşı UFC titul döyüşündən əvvəl avstraliyalı Cek Della Maddalenaya müraciət edib. Bu barədə Sport24.ru məlumat verib.
"İslam yarımçəkildə asan ov olacaq. Onun sizinlə döyüşməyə, sona kimi mübarizə aparmağa gücü çatmayacaq. O, olduqca zəif rəqibdir. Onun dərsini verin ki, bir də meydana çıxmağa cəsarət etməsin. Ən yaxşı halda, o, döyüşməyə çalışacaq. Qorxacaq bir şey yoxdur! Qorxmağa yox deyin! Səbir, dözümlülük və qəddarlıq göstərsin - və İslam beşinci raundun sonunda nokaut olacaq",- Makqreqor deyib.

Maddalena və Maxaçev 16 noyabrda ABŞ-ın Nyu-York şəhərində keçiriləcək UFC 322-də UFC yarımçəki çempionluğu uğrunda döyüşəcəklər.
Cek Della Maddalena 20 MMA döyüşü keçirib və 18-də qalib gəlib. İslam Maxaçev 28 döyüşünün 27-də qalib gəlib.

Əziz MUSTAFA