"Mançester Yunayted" doqquz ildə ilk dəfə "Liverpul"u səfərdə məğlub edib

"Mançester Yunayted" doqquz ildə ilk dəfə "Liverpul"u səfərdə məğlub edib

11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliyalı məşqçi Ruben Amorimin rəhbərliyi altında ilk dəfə onun “Mançester Yunayted”i ardıcıl iki oyunda qalib gəlməyi bacardı. Üstəlik, bu uğur ikiqat vacib idi, çünki “qırmızı şeytanlar” “Enfild”də “Liverpul”u məğlub etməyi bacarmışdı.

Matçda hesab start fitindən dərhal sonra açıldı, Brayan Mbemo qapıya doğru sürətlə irəliləyərək qapıçı ilə təkbətək çıxdı və sərrast zərbə ilə hesabı açdı. "Liverpul" fasiləyə qədər hesabı bərabərləşdirə bilərdi. Ancaq liverpullular əlverişli vəziyyətlərdən istfadə edə və hesabı bərabərləşdirməyi bacarmadılar.

İkinci hissədə qırmızı şeytanların rəqib qapısına aramsız hücumlarından sonra 78-ci dəqiqədə hesabı bərabərləşdi. Meydan sahiblərinin ən fəal oyunçularından biri olan Kodi Qakpo yaxın məsafədən qapıya güclü zərbə vuraraq hesaba tarazlıq gətirdi.

Lakin liverpulluların sevinci uzun sürmədid. 84-cü dəqiqədə Bruno Fernandesin cərimə meydançasına ötürdüyü topu Harri Maquayr başla qapıdan keçirərək yenidən komandasını hesabda önə keçirdi. Bundan sonra hər iki komandanın səyinə baxmayaraq hesab dəyişmədi.

Beləliklə 2016-cı ildən bəri ilk dəfə Mançester Yunayted "Enfild"də "Liverpul"a qalib gələrək turnir cədvəlində mövqeyini daha da yaxşılaşdırdı.
"Liverpul" - "Mançester Yunayted" 1:2 (0:1)
Qollar: Mbemo, 2 (0:1); Qakpo, 78 (1:1); Maquayre, 84 (1:2)

Əziz MUSTAFA