“The Guardian” MDB-dən üç oyunçunun da yer aldığı ən perspektivli 60 oyunçunun siyahısını hazırlayıb

“The Guardian” MDB-dən üç oyunçunun da yer aldığı ən perspektivli 60 oyunçunun siyahısını hazırlayıb

13:20
Bəyəndim (2) Bəyənmədim (0)


The Guardian 2008-ci il təvəllüdlü 60 ən perspektivli futbolçunun siyahısını dərc edib. Buraya Qazaxıstanın “Kayrat” klubunun hücumçusu Dastan Satpayev, “Dinamo Tbilisi”nin müdafiəçisi Saba Xarebaşvili və Özbəkistan “Bunyodkor”unun hücumçusu Sadriddin Xasanov daxildir.
Oxuməni.az xəbər verir ki, siyahıya həmçinin “Barselona”nın iki futbolçusu – cinah yarımmüdafiəçisi Toni Fernandes və yarımmüdafiəçi Niko Qillen, “Borussiya Dortmund”un italyan hücumçusu Samuel İnasio, “Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Karl Lennart və PSJ-nin hücumçusu İbrahim Mbaye də var. Sonuncu bu mövsüm Paris klubunun heyətində bütün yarışlarda, o cümlədən Çempionlar Liqasının ikinci turunda Barselona ilə qarşılaşmada (2-1) start heyətində meydana çıxıb.
2008-ci il təvəllüdlü 60 ən istedadlı futbolçunun tam siyahısı ilə “The Guardian” saytında tanış olmaq olar.
Almaz Həsənli