
Ançelotti Braziliyanın biabırçı məğlubiyyəti haqqında: Komanda mənəvi cəhətdən dağıldı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Yaponiyaya ilk məğlubiyyətini şərh edib. Beşqat çempionlar 2:0 öndə olsalar da, ikinci hissədə üç qol buraxıblar.
"Xeyr, hər şey qaydasında deyil. Komanda məğlub olanda biz əsəbləşirik və bu normaldır. Hamı əsəbiləşir. Nə mən uduzmağı sevmirəm, nə də futbolçular. İlk qol Fabricio Brunonun səhvindən vuruldu. Ondan əvvəl oyun nəzarət altında idi. Bundan sonra komanda ruhən dağıldı. Bu onların ən böyük səhvi idi.
Ümumilikdə ikinci hissənin pis keçdiyini düşünmürəm, lakin bu səhv oyunçulara böyük təsir etdi”, - Ançelotti oyundan sonra mətbuat konfransında deyib.
Əziz MUSTAFA
Digər xəbərlər