DÇ-2026: Azərbaycan Ukrayna ilə qarşılaşır

DÇ-2026: Azərbaycan Ukrayna ilə qarşılaşır

10:28
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun dördüncü turu çərçivəsində oyun keçirəcək.

Oxuməni.az -ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması Polşanın Krakov şəhərinin “Krakoviya” stadionunda Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oyunu baş hakim Sebastyan Qishamerin rəhbərlik etdiyi Avstriyalı hakimlər briqadası idarə edəcək.

Əvvəllər “milli” İslandiyaya uduzub (0:5), Ukrayna ilə heç-heçə edib (1:1) və Fransaya məğlub olub (0:3).

Hazırda Fransa doqquz xalla D qrupuna başçılıq edir, Ukrayna dörd xalla ikinci yerdədəir, Azərbaycan isə bir xalla dördüncü yerdədir. Bu gün, qrupun digər oyununda İslandiya Fransanı qəbul edəcək.

Almaz Həsənli