Bu gün Azərbaycan millisi Fransa ilə qarşılaşacaq

Bu gün Azərbaycan millisi Fransa ilə qarşılaşacaq

10:52
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun üçüncü turu çərçivəsində oyun keçirəcək.

Oxuməni.az -ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsində Fransa millisi “Park de Prens”də Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oyunu baş hakim Rohit Sagginin rəhbərlik etdiyi Norveçli hakimlər briqadası idarə edəcək.

Ötən ay fransızlar Ukrayna (2:0) və İslandiyanı (2:1) məğlub edib, azərbaycanlılar isə İslandiyaya uduzub (0:5), Ukrayna ilə heç-heçə edib (1:1).

Hazırda Fransa altı xalla D qrupuna başçılıq edir, Azərbaycan isə bir xalla dördüncü yerdədir. Bu gün, qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.

Almaz Həsənli