
Ronaldu ilk futbolçu milyarder oldu
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milyarder olan ilk futbolçu olub. Bu barədə Oxuməni.az “Bloomberg”ə istinadən xəbər verir.
Nəşr onun sərvətini 1,4 milyard dollar qiymətləndirir. Qeyd olunur ki, Ronaldonun "Əl-Nəsr"lə yeni müqaviləsi ona ildə təqribən 200 milyon avro ödəyir, onun milyarder olmasına kömək edib.
Keçmiş tennisçi Rocer Federer 2025-ci ilin avqustunda rəsmi olaraq milyarder oldu. “Forbes” onun sərvətini 1,1 milyard avro olaraq qiymətləndirir.
Almaz Həsənli
Digər xəbərlər