
"Sahib olduğum az şeydən zövq almağa çalışıram"- Kriştianu Ronaldu karyerasını bitirməsi barədə
“Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hələlik karyerasını bitirmək fikrində olmadığını bildirib.
40 yaşlı Kriştianu Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2027-ci ilə qədərdir.
"Sahib olduğum az şeydən zövq almağa çalışıram." Kriştianu Ronaldu karyerasını bitirməsi barədə
“Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hələlik karyerasını bitirmək fikrində olmadığını bildirib.
40 yaşlı Kriştianu Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2027-ci ilə qədərdir.
"İnsanlar, o cümlədən mənim ailəm deyir ki, "Sənin dayanmağın vaxtıdır. Artıq hər şeyə nail olmusan. Min qol vurmağa nə ehtiyac var?" Amma mən belə düşünmürəm ki, mən hələ də klubuma və milli komandaya kömək edirəm, buna görə də hər şey bitdikdən sonra məmnunluq hissi ilə ayrılacağıma əminəm, amma məndə olan bir neçə ildən tam zövq almağa çalışıram”- bu barədə "A Bola" Kriştianu Ronalduya istinadən məlumat yayıb.
Kriştianu Ronaldu beşqat “Qızıl top”un qalibi, beşqat Çempionlar Liqasının qalibi, beşqat Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi, həm də milli komandalar, Avropa Çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatlarının bombardiridir.
Almaz Həsənli