
“McLaren” Konstruktorlar Çempionatını erkən qazanaraq “Red Bull”-un rekordunu təkrarlayıb
Britaniyanın “Formula 1” komandası “McLaren” 2025-ci il mövsümündə Konstruktorlar Çempionatında qələbəsini təmin edib. Oxuməni.az “Championat.com”-a istinadən xəbər verir ki, komanda bu qələbəni çempionatın başa çatmasına altı yarış qalmış Sinqapur Qran Prisində təmin edib.
Beləliklə, “McLaren” 2023-cü ilin əvvəlində, mövsümün sonuna altı yarış qalmış Konstruktorlar Çempionatını qazanan Avstriyanın “Red Bull” komandasının rekordunu təkrarladı.
Sinqapur Qran Prisində “McLaren” pilotları Lando Norris və Oskar Piastri müvafiq olaraq üçüncü və dördüncü olublar. Komandanın hazırda 650 xalı var. İkinci yerdə olan “Mercedes”-in 325 xalı var.
Almaz Həsənli
Digər xəbərlər