
Canluici Buffonun oğlu İtaliyanın A seriyasında debüt etdi
2006-cı il dünya çempionatının qalibi Canluici Buffonun oğlu İtaliya çempionatının altıncı turunda A seriyasında debüt edib. Bu barədə Oxuməni.az “Sportbox.ru”ya istinadla xəbər verir.
Bazar günü 17 yaşlı hücumçu Lui Tomas Buffon "Piza"nın heyətində "Bolonya" ilə səfər matçında çıxış edib. Meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib. Lui komandası artıq dörd qol buraxdıqdan sonra 77-ci dəqiqədə əvəzedici kimi meydana çıxdı.
“Football Italia”nın məlumatına görə, kiçik Buffonun A Seriyasında debütü 1995-ci ildə Canluici Buffonun “Parma”da debütündən 30 il sonra baş verib.
Altı matçdan sonra "Piza" iki xalla 20-ci yerdə qərarlaşıb.
Almaz Həsənli
Digər xəbərlər