
Əfsanəvi Tyeri Anri "Qarabağ"ı tərifləyib
Fransanın sabiq futbol ulduzu Tyeri Anri Çempionlar Liqasının ikinci turunu şərh edərkən Azərbaycan “Qarabağ”ının Bakıda Danimarka “Kopenhagen”i üzərində 2:0 hesablı qələbə qazanmasını da qeyd edib.
“Qarabağ” çox sadə, lakin son dərəcə effektiv işləyir: sürətli keçidlər və cinahlardan aşağı davamlı güclü hücumlar.
Oxuməni.az xəbər verir ki, bu sözləri “CBS Sports” telekanalının futbol mütəxəssisi, əfsanəvi fransız futbolçu Tyeri Anri Ağdam klubunun Çempionlar Liqasında “Kopenhagen”lə oyununu şərh edərkən deyib.
"Qarabağ"ı dayandırmaq üçün çox yüksək səviyyəli və böyük resurslara malik komanda olmaq lazımdır. Futbol sadə oyundur. Amma ən çətini sadə oynamaqdır. "Qarabağ"ın etdiyi də məhz budur", - Anri vurğulayıb.
Xatırladaq ki, Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliya “Benfika”sını (3:2) və öz meydanında Danimarkanın “Kopenhagen”ini (2:0) məğlub edərək, iki qələbə qazanıb.
Almaz Həsənli