FIFA 2026-cı il dünya çempionatı üçün rəsmi topunu təqdim edib

FIFA 2026-cı il dünya çempionatı üçün rəsmi topunu təqdim edib

12:18
Bəyəndim (1) Bəyənmədim (0)


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) sosial media kanallarında ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının rəsmi matç topunu təqdim edib.
Dizaynda ev sahibi ölkələri simvolizə edən üç rəng - qırmızı, mavi və yaşıl var. Topa TRIONDA adı verilib.
Hazırkı dünya çempionları Argentinadır. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina penaltilər seriyasında mövcud çempion Fransanı məğlub etdi.
Almaz Həsənli