2026-cı il dünya çempionatının finalına ən ucuz biletin qiyməti 2000 dollardan yuxarıdır

2026-cı il dünya çempionatının finalına ən ucuz biletin qiyməti 2000 dollardan yuxarıdır

11:36
Bəyəndim (1) Bəyənmədim (0)


2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına biletlərin qiymətləri açıqlanıb.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) dörd bilet kateqoriyasını təsdiqləyib. “The Athletic”-in xəbərinə görə, finala 1-ci kateqoriya biletin qiyməti 6370 dollar, 2-ci kateqoriya biletinin qiyməti 4210 dollar, 3-cü kateqoriya biletinin qiyməti 2790 dollar, 4-cü kateqoriya biletinin qiyməti 2030 dollardır. Qrup mərhələsi matçının minimum qiyməti 60 dollardır, lakin bu, ev sahibi komandaların iştirak etdiyi matçlara şamil edilmir. ABŞ-ın qrup mərhələsindəki ilk oyununa biletlərin qiyməti 560-2735 dollar arasında dəyişir.
Dörddəbir final biletləri 275-1690 dollar, yarımfinal biletləri 420-2780 dollar, üçüncü yer üçün isə 165-1000 dollara satılacaq.
2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirdə 48 komanda iştirak edəcək. Final matçı Nyu Cersi statındakı İst-Raterford şəhərindəki “MetLife Stadium” stadionda keçiriləcək.
Almaz Həsənli