
"Kayrat" klubunun on səkkiz yaşlı qapıçısı Şerxan Kalmurzaya avtomobil hədiyyə edilib
Qazaxıstanın "Kayrat" klubunun on səkkiz yaşlı qapıçısı Şerxan Kalmurza Çempionlar Liqasında "Real"la oyundan sonra yeni avtomobil sahibi olub. Sports.kz xəbər verir ki, hədiyyəni qazaxıstanlı iş adamı Uluqbek Şaripov futbolçuların İspaniya nəhənglərini məğlub edəcəyi təqdirdə mükafatlandırmaq vədini yerinə yetirərək təqdim edib. Almatı komandası 5:0 hesabı ilə uduzsa da, gənc qapıçı fərqlənib.
Bu matç Kalmurzanın peşəkar debütü idi; cəmi iki həftə əvvəl o, komandanın üçüncü qapıçısı idi. Mbappe və Viniciusun yer aldığı ulduzlarla dolu Real Madrid heyətinə qarşı o, bir neçə təhlükəli zərbə də daxil olmaqla, hədəfə 12 zərbədən yeddisini dayandırdı. Avtomobil təqdimatının videosu tez bir zamanda sosial mediada yayıldı və burada gənc qapıçı 24 saat ərzində 200.000-dən çox izləyici qazandı.
Bundan əvvəl “Sportinq Lissabon”la qarşılaşmada Almatı komandası 4:1 hesablı məğlubiyyətlə üzləşmişdi. Lakin həmin görüşdə qapıçı Kəlmurza penalti zərbəsini dayandıraraq daha böyük hesablı məğlubiyyətin qarşısını ala bildi. Qapıçı daha iki təcrübəli futbolçu Aleksandr Zarutski və Temirlan Anarbekovun zədəsi səbəbindən Qazaxıstanın hazırkı çempionlarının start heyətində yer alıb.
Əziz Mustafa