
Alkaras Tokioda keçirilən ATP 500 turnirinin qalibi oldu
Dünyanın 1 nömrəli raketkası, ispan Karlos Alkaras, Tokioda (Yaponiya) keçirilən ATP 500 kateqoriyalı turnirin qalibi olub.
Final matçında birinci reytinqli Alkaras, ABŞ təmsilçisi Teylor Fritzi 6:4, 6:4 hesabı ilə məğlub edib. Görüş 1 saat 33 dəqiqə davam edib. Oyun zamanı amerikalı iki dəfə tibbi taym-aut götürüb.
22 yaşlı Alkaras, ATP turnirlərində tək kişi reytinqində 24-cü titulunu qazanıb.
ATP 500. Kinoshita Group Japan Open Tennis Championships. Tokio, Yaponiya. Hardkort. Mükafat fondu: 2,2 milyon dollardan çox.
Final
Karlos Alkaras (İspaniya, 1) və Teylor Fritz (ABŞ, 2) — 6-4, 6-4.
Almaz Həsənli
Digər xəbərlər