
“Real Madrid” “Kayrat”la oyun öncəsi Almatıdakı “InterContinental” otelindəki bütün otaqları alıb
SHOT Telegram kanalının məlumatına görə, Madrid “Real”ı “Kairat”la oyun öncəsi Almatıdakı “InterContinental Hotel”dəki bütün otaqları 42 milyon rubl (276 milyon tenge, 500 min dollardan çox, 862 min manat) ödəyərək alıb.
Mənbənin sözlərinə görə, otaqlar sentyabrın 28-dən oktyabrın 1-dək bron edilib. Bu tədbirlər oyun öncəsi oyunçuların sakitliyini təmin etmək üçün görülüb. Bu tarixlərdə standart otağın orta qiyməti bir gecəlik 375 dollar, lyuksun qiyməti isə 650 dollardır. Oteldə 277 nömrə var. Azarkeşlərin futbolçuların qaldığı oteli mühasirəyə aldığı bildirilir.
İspaniya klubunun Qazaxıstandakı nümayəndə heyətinin sayı 40 nəfəri ötüb.
Sentyabrın 30-da Çempionlar Liqasının 2-ci turunun “Kayrat” – “Real” oyunu keçiriləcək.
Almaz Həsənli