
"Barselona"nın sabiq futbolçusu Serxio Buskets karyerasını başa vurduğunu açıqlayıb
37 yaşlı “İnter Mayami”nin dayaq yarımmüdafiəçisi Serxio Buskets 2025-ci il mövsümündən sonra karyerasını başa vurduğunu açıqladı. İspan yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Buskets sosial şəbəkədə "Hər kəsə və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olacaqsınız" yazıb.
Serxio Buskets 2008-ci ildə karyerasına başlayandan bəri "Barselona"da çıxış edir. 2023-cü ilin yayında, "Barselona" ilə 15 mövsüm keçirdikdən sonra, “İnter Mayami” ilə müqavilə bağladı.
Buskets İspaniya millisinin heyətində 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.
Almaz Həsənli
Digər xəbərlər