"Qarabağ" Çempionlar Liqasında "Benfika" ilə oyun üçün Lissabona gəlib

"Qarabağ" Çempionlar Liqasında "Benfika" ilə oyun üçün Lissabona gəlib

12:55
Bəyəndim (1) Bəyənmədim (0)

"Qarabağ"ın futbolçuları sentyabrın 16-da Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun məşhur "Benfika"sı ilə oyununu keçirəcəkləri Lissabona gəliblər.

Bu gün Bakı vaxtı ilə saat 22:30-da "Da Luz" stadionunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı başlayacaq.

Oyun sentyabrın 16-da saat 23:00-da başlayacaq. Qarşılaşmanı Erik Lambrextsin başçılıq etdiyi Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Əsas heyətlə yanaşı, UEFA Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın U-19 futbolçuları da Portuqaliyaya yollanıb. Onların Benfikadan olan həmyaşıdlarına qarşı oyunu da çərşənbə axşamı baş tutacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Oxuməni.az