Quba sakini bıçaqlandı
Qubanın Zərdabi qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb. 1968-ci il təvəllüdlü qəsəbə sakini Əmirov Hidayət Əmir oğlu bıçaqlanıb. O, dərhal Quba MRX-nın cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralıya döş qəfəsinin, bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan RTV-yə verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır. Quba RPŞ-dən bildirilib ki, hazırda Hidayət Əmirovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır. Ona xəsarət yetirən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
O.M.
Digər xəbərlər































































.jpg)
.jpg)
.jpg)






















