
Bu gün Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək 36 komandanın iştirakı ilə püşkatma mərasimi keçiriləcək
Bu gün Bakı vaxtı ilə saat 20:00-da Monakoda püşkatma mərasimi keçiriləcək. Qeyd edək ki,püşkatmadan əvvəl 36 klub dörd səbətə bölünüb. Köhlən atlar-“Qarabağ” reytinqinə görə ən zəif dördüncü səbətdə olacaq. Bununla belə “Qarabağ”ən hansı səbətdə olub-olmamasının fərqi yoxdur. Çünki hər bir iştirakçı dörd səbətdən olan rəqibləri ilə iki oyun keçirəcək.
Belə bir sistemə əsasən “Qarabağ” birinci, ikinci, üçüncü və dördüncü səbətlərdən iki komanda qarşılaşacaq. Hər bir komanda səkkiz qarşılaşma keçirəcək - dördü evdə, dördü səfərdə. Ona görə də kimin evdə, kimin isə səfərdə oynayacağını püşkatma müəyyən edəcək. Ancaq vacib bir aydınlıq: hər səbətdən bir ev oyunu və bir səfər matçı veriləcək. Bundan başqa, “Qarabağ” eyni ölkə təmsilçiləri ilə iki oyundan artıq oynaya bilməz.
Çempionlar Liqasının əsas mərhələsinin bütün iştirakçıları:
1-ci səbət: PSJ (Fransa), Real (İspaniya), Mançester Siti (İngiltərə), Bayern (Almaniya), Liverpul (İngiltərə), İnter (İtaliya), Chelsea (İngiltərə), Borussia (Almaniya), Barselona (İspaniya)
2-ci səbət: Arsenal (İngiltərə), Bayer (Almaniya), Atletiko (İspaniya), Benfika (Portuqaliya), Atalanta (İtaliya), Villarreal (İspaniya), Yuventus (İtaliya), Ayntraxt (Almaniya), Club Brugge (Belçika)
3-cü səbət: “Tottenhem” (İngiltərə), PSV (Hollandiya), “Ayaks” (Hollandiya), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Slaviya” (Çexiya), “Bodo-Qlimt” (Norveç), “Marsel” (Fransa)
Səbət 4: Kopenhagen (Danimarka), Monako (Fransa), Qalatasaray (Türkiyə), Union (Belçika), QARABAĞ (AZƏRBAYCAN), Atletik (İspaniya), Nyukasl (İngiltərə), Pafos (Kipr), Kayrat (Qazaxıstan).
Biz də öz növbəmizdə doğma “Qarabağ”ımıza bütün oyunlarda uğurlar arzulayırıq.
Əziz MUSTAFA