Qazaxıstanın "Kayrat" klubu ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

Qazaxıstanın "Kayrat" klubu ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

07:48
Bəyəndim (3) Bəyənmədim (0)

Almatının “Kayrat” futbol klubu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Qazaxlar pley-off mərhələsində Şotlandiyanın "Seltik" klubunu penaltilər seriyasında məğlub edib (0:0, 0:0, 3:2 - penaltilərdə). “Kayrat” 1-ci təsnifat mərhələsindən başlayıb və şotlandlara qədər Sloveniyanın “Olimpiya”sını (1:1, 2:0), Finlandiyanın KuPS-ini (0:2, 3:0) və Slovakiyanın “Slovan”ını (1:0, 0:1, 4:3 - penaltilər seriyasında) məğlub edib.

“Kayrat” Qazaxıstan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn ikinci futbol komandasıdır. Bundan əvvəl 2015-2016-cı il futbol mövsümündə "Astana" Çempionlar Liqasının əsas mərhələsində oynamaq hüququ qazanmışdı. Digər oyunlarda isə sevinən "Pafos" (Kipr) və "Budo/Qlimt" (Norveç) - olub.

Bu gün isə Çempionlar Liqasında oynayacaq digər komandaların adlarına aydınlıq gətiriləcək.

Əziz MUSTAFA