Çempionlar Liqası: “Qarabağ” “Ferencvaros”a qarşı

Çempionlar Liqası: “Qarabağ” “Ferencvaros”a qarşı

10:02
Bəyəndim (4) Bəyənmədim (0)


Bu gün Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin ilk oyununa çıxacaq.
Oxuməni.az xəbər verir ki, “Qarabağ” Macarıstanda “Ferençvaroş”un qonağı olacaq.
"Ferençvaros" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı portuqaliyalı FİFA referisi Joau Pedro da Silva Pineyru idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Komandalar arasında əvvəlki yeganə qarşılaşma Çempionlar Liqasının 2022/23 mövsümünün üçüncü təsnifat mərhələsində baş tutub və bu görüşdə "Qarabağ" 4:2 hesablı məcmu qələbə qazanıb (evdə 1:1, səfərdə 3:1). “Qarabağ” Macarıstanın digər klublarına qarşı oynamadığı kimi, “Ferençvaros” bir daha Azərbaycan komandaları ilə qarşılaşmayıb.
Almaz Həsənli