İsrailin UEFA-dan xaric edilməsi təklif olunur

İsrailin UEFA-dan xaric edilməsi təklif olunur

12:48
Bəyəndim (3) Bəyənmədim (0)


BMT-nin Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Avropa Futbol İttifaqını (UEFA) Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə İsraili futbol yarışlarından qovmağa çağırıb.
Françeska Albaneze X hesabında "Gəlin idmanı aparteid və soyqırımdan azad edək," -deyə yazıb.
Bu çağırış UEFA-nın “Fələstin Pelesi” ləqəbi ilə tanınan fələstinli futbolçu Süleyman əl-Obeydlə vidalaşmasından sonraya təsadüf edir.
Fələstin Futbol Assosiasiyasının məlumatına görə, Obeyd çərşənbə günü İsrail ordusunun Qəzzanın cənubundakı paylama məntəqəsi yaxınlığında humanitar yardım gözləyən dinc sakinlərə atəş açması nəticəsində həlak olub.
"Onun qatillərini yarışlardan qovmağın vaxtıdır, @UEFA," -deyə BMT-nin Xüsusi Məruzəçisi əlavə edib.
Almaz Həsənli