Konfrans Liqası: “Araz-Naxçıvan” yunanları keçdi, “Sabah” Moldova “Petrokub”unu darmadağın etdi, “Zirə” xorvatlara uduzdu

Konfrans Liqası: “Araz-Naxçıvan” yunanları keçdi, “Sabah” Moldova “Petrokub”unu darmadağın etdi, “Zirə” xorvatlara uduzdu

1 Avqust 11:03
Bəyəndim (4) Bəyənmədim (0)


Azərbaycanın üç futbol klubu - "Sabah", "Araz-Naxçıvan" və "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarını keçirib.
Oxuməni.az xəbər verir ki, üçlükdə ilk olaraq Moldova “Petrocub”-unu qəbul edən "Sabah" meydana çıxıb. İlk oyundan sonra artıq “bayquşlar” rahat iki qol üstünlüyü əldə etmişdilər. Oyun “Bank Republic Arena” stadionunda (Masazır) keçirilib. Qarşılaşma 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu görüşdə "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikkels het-trik edib. Meydan sahiblərinin daha bir qolunu hücumçu Pavol Safranko vurub. 42-ci dəqiqədə "Sabah"ın müdafiəçisi Stiv Solvey avtoqolla fərqlənib

.“Bayquşlar”dan dərhal sonra “Araz-Naxçıvan” da səfərdə Yunanıstan “Aris”i ilə qarşılaşaraq cavab oyununa çıxıb. Ötən həftə “Aris Saloniki”yə qalib gələn (2:1) “Araz-Naxçıvan” Konfrans Liqasının cavab oyununda nadir şanslarından yararlanıb. İlk hissədə qonaqların heyətində Çarlz Boli və Felipe Santos penaltidən fərqləniblər. 52-ci dəqiqədə İqor Ribeyronun meydandan qovulması ilə yunanlar əlavə sayca üsütünlük əldə ediblər. Say üstünlüyündən istifadə edən yunanlarə Fabianonun vurduğu qolla hesab arasındakı fərqi azaldıblar. 90-cı dəqiqədə isə Ramon Monçu gözəl cərimə zərbəsi ilə oyunda tarazlığı bərpa edib. - 2:2. Bu nəticə “Araz-Naxçıvan”ın tarixi uğura imza atması və növbəti mərhələyə ucalması üçün kifayət edib.

Nəhayət, cavab oyununa çıxan üç komandadan sonuncusu səfərdə Xorvatiya “Hayduk”u ilə qarşılaşan “Zirə” olub. Öz meydanında heç-heçə edən (1:1) “Zirə”nin növbəti mərhələyə adalamaq üçün yaxşı şansları vardı. Bakıdakı ilk oyunda olduğu kimi Splitdə də heç-heçə qeydə alınıb. Güclü rəqiblə mübarizədə “Zirə” 90+3-cü dəqiqədə məğlubiyyətdən yaxa qurtara bilib. 77-ci dəqiqədən azlıqda qalan təmsilçimizin daha çoxa gücü çatmadı. Əlavə vaxtda “Hajduk” qələbə qolunu vuraraq növbəti mərhələ adlayıb (2:1). “Zirə” turnirlə erkən vidalaşıb.
Beləliklə, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycanı iki klub - "Sabah" və "Araz-Naxçıvan" təmsil edəcək.
"Sabah"ın rəqibi bəlli olub. Azərbaycan kubokunun qalibi Avropa Liqasından kənarlaşdırılan Bolqarıstanın "Levski"si ilə qarşılaşacaq, əlavə vaxtda Portuqaliya "Braqa"sına uduzub - 0:1.
İlk oyun avqustun 7-də Sofiyada, cavab qarşılaşması avqustun 14-də Bakıda keçiriləcək.
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Araz-Naxçıvan” Gürcüstan “Torpedo”suna qalib gələn (1:0, 4:0) Kipr “Omoniya”sı ilə qarşılaşacaq. İlk oyun avqustun 7-də Kiprdə, cavab qarşılaşması avqustun 14-də Bakıda keçiriləcək.
Almaz Həsənli